Vətəndaş müharibəsinin ərəfəsində: etirazların anası, biçarə hökumət... - VİDEO - FOTO

Vətəndaş müharibəsinin ərəfəsində: etirazların anası, biçarə hökumət... - VİDEO - FOTO
10:37 20 Aprel 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

İki il əvvələdək neft pullarının içində üzən Venesuela indi aclıq, yoxsulluq, qıtlıq və səfalət astanasındadır. Ölkədə kütləvi etiraz aksiyaları səngimir.

Dünən paytaxt Karakasda keçirilən "Bütün marşların anası" adlanan kütləvi etiraz yürüşündə nümayişçilərlə polislər arasında toqquşmalar olub. Ölkə prezidenti Nikolas Maduronun siyasətinə etiraz edənlər arasında 17 yaşlı gənc həlak olub. Ağır yaralanmış gənc aparıldığı xəstəxanada keçinib.

Polis nümayişçilərə qarşı rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.

Dünən axşam saatlarında isə Taçira ştatındakı San-Kristobal şəhərindəki etiraz aksiyasında 23 yaşlı qadın həlak olub. Müxalifətçilərin nümayişini dağıtmaq üçün küçələrə çıxarılmış iqtidaryönlü qruplarla aksiya iştirakçıları arasında dava olub. Bu dava zamanı həmin qadın güllələnib.

"Bütün marşların anası"nda Karakasda küçələrə çıxan yüz minlərlə venesuelalı "Rədd olsun diktatura!", "Rədd ol, Maduro!" qışqırıblar.

Ölkənin bir çox şəhərlərində etiraz aksiyaları davam edir.

Latın Amerikasının 11 ölkəsi Venesuelanın hakimiyyət dairələrini söz və sərbəst toplaşmaq azadlıqlarına sayğı ilə yanaşmağa çağırıblar.

"Venesuela rəhbərliyi vətəndaşların dinc nümayişlər və mitinqlər keçirmək azadlığını tam təmin etməlidir", - Argentina, Braziliya, Çili, Kosta-Rika, Qvatemala, Honduras, Kolumbiya, Meksika, Paraqvay, Peru və Uruqvayın imzaladıqları birgə bəyanatda deyilir.

Venesuela prezidenti Nikolas Maduro isə bütün bunları eyninə almır. O, "Bolivarian Xalq Milisi" adlı könüllü xalq drujinalarının heyətinin sayının 100 min nəfərdən 500 min nəfərədək artırmaq barədə fərman verib. Hər yeni drujinaçıya silah veriləcək.

Venesuelanın mərhum prezidenti Uqo Çavesin əmri ilə yaradılmış "Bolivarian Xalq Milisi" ölkənin silahlı qüvvələrinə dəstək və "sosialist inqilabının daxili. habelə xarici düşmənlərdən qorunması" məqsədi güdür. Çaves bu "milis"in sayının 1 milyona çatdırılmasını planlaşdırırdı.

Baş verənlər Venesuelanın vətəndaş savaşı əsnasında olduğunu göstərir. Belə davam edərsə, situasiya tam nəzarətdən çıxacaq, xalqa qarşı ordu yeridiləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/536908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR