Azərbaycan şirkətlərinin yüklərinin Ukraynada oğurlanması Ali Radada qaldırılacaq

Azərbaycan şirkətlərinin yüklərinin Ukraynada oğurlanması Ali Radada qaldırılacaq
10:44 20 Aprel 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan şirkətlərinə məxsus yüklərin Ukraynada oğurlanması ilə bağlı məsələ Ali Radada (parlament) qaldırılacaq.

 

Bu barədə APA-ya açıqlamasında Ukrayna-Azərbaycan Parlamentlərarası İşçi qrupunun rəhbəri Maksim Kuryaçie bildirib.

 

O qeyd edib ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun müraciəti əsasında o, ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə rəsmi sorğu göndərib: “Bu günlərdə sorğuma cavab veriləcək və bunun əsasında Radanın gələn həftə keçiriləcək plenar iclasında bu məsələni müzakirəyə çıxaracağam. Bizim üçün uzun illərdir dost olan ölkəyə məxsus şirkətlərə, iş adamlarına qarşı bu kimi əməllər əlbəttə ki, bizi də ciddi narahat edir. Azərbaycanlılar Ukraynanın həyatında olduqca fəaldırlar və biz buna əngəllər yaradılmasına imkan verə bilmərik. Hesab edirəm ki, Ali Rada da bu məsələni nəzarətə götürərək, lazımı addımlar atacaq".

 

Qeyd edək ki, son günlər Ukraynada içərisində Azərbaycanın “Azərsun Holding”, “Veysəloğlu”, “Dapna LTD”, “Epidomed” və digər şirkətlərinə məxsus yüklərin olduğu 20-dək ağır tonnajlı maşınlar naməlum şəxslər tərəfindən oğurlanıb. Maşınlarda olan yüklərin hər birinin maddi dəyəri 200-300 min ABŞ dolları həcmində qiymətləndirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR