Qulaq kiri, selik, tər...

Bədənimizdəki hər şeyin var olmasının bir səbəbi var. Qulaq kiri, selik (mukus), tər... Hamısı sağlamlığımızı qorumaq üçündür.

Metbuat.az xəbər verir ki, əslində iyrənc hesab etdiyimiz qulaq kiri qulaq kanalını nəmləndirir, qulaq pərdəsini kirdən, ölü dəri hüceyrələrindən və bakteriyalardan qoruyur.

Selik (mukus) olmadan böyük ehtimalla ölmüş olardınız. Həkim Mixayel M.Cohns seliyi mexanizmanın yağına bənzədib. Sağlam bir bədən gündə 2 litrə yaxın selik istehsal edir. Selik rahat nəfəs alıb-verməni asanlaşdırır, qidaları daha tez həzm etmək üçün mədə-bağırsaq yolunu qoruyur. Həmçinin, bu yapışqan maddə siz nəfəs aldıqca bakteriya, toz və digər cismləri tutaraq ağciyərlərə girməsini əngəlləyir. Selikdə olan fermentlər bakteriya və virusları öldürərək xəstələnməyin qarşısını alır.

İnsanlarda narahatlıq yaradan problemlərdən biri də tərləmədir. Tərləmənin əslində sağlamlığınıza faydalı olduğunu bilirdiniz? Tər vəzilərinin işləmə funksiyasının böyrəyin işləmə funksiyası ilə oxşar olduğu və orqanizmdəki bəzi ziyanlı maddələrin tər vəziləri vasitəsi ilə xaric olunduğu bildirilir. Həkimlər deyir ki, bu faydalı prosesin qarşısını almaq əvəzinə yaranan xoşagəlməz qoxunun qarşısının almaq məqsədəuyğundur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR