​Bakı metrosundakı hadisə ilə bağlı son məlumat

Dünən Bakı Metropoliteninin “Nizami” stansiyasında bir nəfər özünü qatar relslərinin üzərinə atıb.

Baş verən hadisə ilə bağlı Metbuat.az-a açqıalma verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə dünən saat 22:44 radələrində baş verib:

“Sərnişin təhlükəsizlik xəttini keçib. O, ehtiyyatsızlıq nəticəsində qatar relslərinin üzərinə düşüb. Hadisə yerinə dərhal təcili yardım maşını çağırılıb. Üzərində şəxsiyyətini təsdiq edən vəsiqə olmadığı üçün, həmin şəxsin adı hələ ki məlum deyil”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR