Qana təlabatı ödəyən yeni preparat

Qana təlabatı ödəyən yeni preparat
11:43 20 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Qanın quru əvəzləyicisi hazırlanıb. Preparatın ən üstün cəhəti xüsusi saxlanma şəraiti tələb etmədən istənilən qrup və rezus-faktorlu donor qanının eritrositlərini tam əvəzləməsidir.

Publika.az xəbər verir ki, Rusiyanın Kaluqa vilayətinin alimləri çoxlu qan itirən insan orqanizminə kömək etmək üçün hazırladıqları preparatı PAM-3 adlandırıblar. Qanın quru əvəzləyicisindən döyüş şəraitində yaralanmalar və ya fövqəladə hadisələr zamanı istifadə oluna bilər.

Artıq o könüllülər üzərində klinik sınaqlardan keçirilib. Preparatın orqanizm tərəfindən qəbul edilib-edilməməsi öyrənilib. Onun istifadəsinin təhlükəsiz olması təsdiqlənib.

PAM-3 müxtəlif həlledicilərlə, standart elektrolitlərlə uyğunlaşır. Lazım gəldikdə həkim onun doza və qatılığını dəyişə bilir. Preparat qanköçürmə zamanı infeksion xəstəliklərə yoluxmaq riskini aradan qaldırır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/195778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR