Bakı metrosunda relslərin üzərinə yıxılan sərnişin KOMADADIR

Bakı metrosunda relslərin üzərinə yıxılan sərnişin  KOMADADIR
11:44 20 Aprel 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında Bakı metrosunda sərnişin qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.  

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri  Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, hadisə “Nizami” stansiyasında baş verib: “Hadisənin kamera görüntülərindən bəlli olur ki, həmin şəxs təxminən 30-35 yaşlarında olub”.  

 

Olayın diqqətsizlik nəticəsində yaşandığını deyən qurum rəsmisi əlavə edib ki, sərnişinin üzərində heç bir sənəd olmadığı üçün kimliyi hələ dəqiq bilinmir: “Sərnişin həmin vaxt tək imiş. Təhlükəsizlik xəttini keçib və diqqətsizlikdən ayağı sürüşüb yıxılıb, xəsarət alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib”. 

Metro polisindən aldığımız məlumata görə isə, zərərçəkmiş alkoqol qəbul edibmiş. 

 

1 saylı Kliniki Tibbi Mərkəzdən ( Semaşko) isə Lent.az-a verilən məlumata görə, zərərçəkmiş hazırda koma vəziyyətindədir.

O açıq kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Lazımi bütün yardımlar edilib. Vəziyyəti ağır olaraq qalır.

Xəstəxanadan o da əlavə edildi ki, hələki xəstənin yalnız adının Fərid olduğu müəyyən edilib.  Onun barəsində əlavə məlumat yoxdur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR