XƏBƏRDARLIQ: güclü külək əsəcək

XƏBƏRDARLIQ: güclü külək əsəcək
12:33 20 Aprel 2017
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 21-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Aprelin 22-də gün ərzində Bakı və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/195787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR