Rusiya və ABŞ-la danışıqlar gedir - Böyük əməliyyata GÜNLƏR QALDI - VİDEO

Rusiya və ABŞ-la danışıqlar gedir - Böyük əməliyyata GÜNLƏR QALDI - VİDEO
12:38 20 Aprel 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Süleyman Şah Türbəsini əvvəlki yerinə köçürmək üçün Münbiçdə əməliyyat həyata keçirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şafak” nəşri yazıb.

Nəşrin yazdığına görə, Suriya və İraqda PKK terror təşkilatının işğalı altında olan 3 bölgədə həyata keçirilməsi planlaşdırılan əməliyyatlara hazırlıqlar son mərhələyə daxil olub. Eyni zamanda, Türkiyəni bölgədən qopartmaq məqsəd ilə ortaya atılan “PKK terror dəhlizi” layihəsinə qarşı diplomatik danışıqlar davam edir.

Məlumata görə, əməliyyatlar Suriyada bir, İraqda isə iki bölgəni əhatə edəcək. “Fərat Qalxanı” və “Dəclə Qalxanı” hərəkatları eyni vaxtda başlamaya bilər. Ancaq müəyyən plan çərçivəsində həyata keçiriləcək hərəkatlar sərhədlərin təmizlənməsi üçün xüsusi əhəmiyyət kəsb edəcək. Suriya və İraqın şimalında, Türkiyənin cənub sərhədləri boyunca uzanan xətdə həyata keçiriləcək böyük təmizlik əməliyyatının 12-16 gün davam etməsi gözlənilir.

Eyni zamanda, 2015-ci fevralın 21-dən 22-nə keçən gecə Suriyanın Hələb vilayətinin Karakozak kəndindən Mürşidpınar sərhəd-keçid məntəqəsinə yaxın əraziyə köçürülən Süleyman Şah Türbəsinin əvvəlki yerinə daşınması üçün daha bir əməliyyatın həyata keçirilməsi planlaşdırılır. Türbə İŞİD təhlükəsi ilə əlaqədar köçürülmüşdü. Əməliyyat ABŞ və Rusiya ilə diplomatik müzakirələrin yekunlaşmasından sonra başlanacaq.


Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR