Qriqorçuk Latviya millisinin baş məşqçisi olmağa namizəd imiş

Qriqorçuk Latviya millisinin baş məşqçisi olmağa namizəd imiş
12:42 20 Aprel 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandanın baş məşqçi postuna Aleksandr Starkovu gətirən Latviya Futbol Federasiyasının baş katibi Yanis Mezeckis yığmaya namizədlər arasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun da adının olduğunu bildirib.

Milli.Az sport24.az-a istinadla xəbər verir ki, o, Azərbaycan klubunun ukraynalı çalışdırıcısının siyahıda ilk yerlərdə olduğunu deyib:

Mezeçkis latviyalı baş məşqçi ilə anlaşdıqları üçün şad olduqlarını da bildirib: "Düzdür, latviyalı məşqçinin olması hamımızın ilk istəyi idi. Biz Azərbaycan klubu "Qəbələ"ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış Roman Qriqorçukla da danışdıq. Lakin söhbətimiz yarımçıq qaldı. Onun "Dauqavpils"də və "Ventsplis"də gördüyü işlərə hörmətimiz var. Amma Qriqorçuk bildirdi ki, o özünü klubda daha yaxşı hiss edir, nəinki milli komandada".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR