Keçmiş məhkum polislərin üzərinə kimyəvi məhlul atdıb, özünü öldürdü - BAKIDA

Keçmiş məhkum polislərin üzərinə kimyəvi məhlul atdıb, özünü öldürdü -  BAKIDA
12:44 20 Aprel 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçmiş məhkum polis əməkdaşların üzərinə kimyəvi məhlul atıb.
 
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azərbaycan prospektində qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron sakini Nailə Sadıqova arasında mübahisə düşüb. Bu zaman N. Sadıqova həmin ərazidə xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşlarını köməyə çağırıb. Polis əməkdaşları E. İbrahimovu intizama dəvət etmək istəyib. Bu zaman E. İbrahimov əlindəki şüşə qabda olan kimyəvi məhlulu iki polis əməkdaşının və N. Sadıqovanın üzərinə atıb. E. İbrahimov daha sonra qalan məhlulu içib.
 
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E. İbrahimov orada dünyasını dəyişib.  
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR