Muğam Mərkəzindəki gənc istedadlarının konserti - FOTO

Muğam Mərkəzindəki gənc istedadlarının konserti - FOTO
13:17 20 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində gənc istedadlarının konserti keçirilib.

Milli.Az bildirir ki, dünən Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin konserti keçirilmişdir. Konsertdə XI sinif şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etdilər.

Tamaşaçılar qarşısına Maqsudova Qəmərtac, Yeşildağ Aydan, Daşdəmirov Ruslan, Cavadvənd Xəyalə, Ağayeva Kamilla, Əbilova Gülgün, Dadaşov Ruhulla, Məmmədzadə İsa, İsayeva Ceyran, Rüstəmli Aytən, Bağırov Nicat, İsayeva Yekaterina, Xələfov Elxan, Zeydullayev Aydın, Sadıqov Kənan, Rəşid Behbudov, Əsədova Ləman, Bağırov Səid, Abdullayeva Nərmin, Hüseynov Əli və Məmmədli Bəhram çıxmışdılar.

Onların ifasında Nazim Əliverdibəyovun "Vals -skertso", Edvard Qriqin "Alleqro" , Nikollo Paqanininin "Kapris № 20",  İ.S.Baxın "Alleqro", Əziz Əzizovun "İki prelüd", Adil Gərayın "Səfikürd", Ferens Listin "Lauranın ruhu kimi", Fredrik Şopenin "Etüd №12", Sərdar Fərəcovun "Unutma", Henri Eklsin  "Alleqro", Corc Gerşvinin  "Sevgilim", Aleksandr Skryabinin "Etüd", İlham Abdullayevin "Payız", Tofiq Bakıxanovun "Xəzər balladası", Fredrik Şopenin "Etüd", Frits Kreyslerin  "Çin tamburini", Bella Kouçun - "Macar xalq rəqsi və variasiyaları", Nərmin Abdullayevanın  3 prelüdü  və Süleyman Ələsgərovun "Şoloxo" əsərləri ifa edildi.

İfalar piano, tar, kamança, violin, kontrabas, qanun alətlərində səsləndi.
Konsertin sonunda bütün iştirakçılar səhnəyə çıxdı. Tədbir gur alqışları ilə başa çatdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/537017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR