ABŞ-ın bu ştatında 60 min insan öləcək və... - HƏYƏCAN TƏBİLİ

ABŞ-ın bu ştatında 60 min insan öləcək və... - HƏYƏCAN TƏBİLİ
13:23 20 Aprel 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika eksperti Denni Roy Koreya Xalq Demokratik Respublikasının (KXRD) ABŞ-a nüvə zərbəsinin nəticələrini qiymətləndirib.

Publika.az Britaniyanın “Daily Star” nəşrinə istinadən xəbər verir ki, ekspert Şimali Koreyanın ballistik raketlərinin Havay ştatının ərazisinə çata biləcəyini deyib.

Ekspertin qiymətləndirməsinə görə, Havay adalarında nüvə partlayışı zamanı qurbanların sayı 60 mini keçəcək, bir o qədər insan isə müxtəlif dərəcəli xəsarət alacaqlar. Nəşr xatırladır ki, ştatın əhalisi 1,4 milyon təşkil edir.

“Daily Star”ın yazdığına görə, Denni Royun bəyanatından sonra ştat hakimiyyəti mülki müdafiə və antinüvə bunkerlərinin tikintisinin maliyyələşdirilməsinə əlavə vasaitlərin ayrılması üçün ABŞ hökumətinə müraciət edib.

Qeyd edək ki, Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. Pxenyan Şimali Koreyaya qarşı ən kiçik təxribatın olacağı halda, ABŞ və onun müttəfiqlərinə nüvə zərbələrinin endirəcəyini açıqlayıb.

Yaponiyaya səfəri zamanı isə ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib ki, ölkəsi adi və nüvə silahlarının tətbiqi ilə istənilən zərbənin qarşısını almağa hazırdır. Ekspertlər hesab edirlər ki, gərginlik aprelin 25-də pik həddə çata bilər. Həmin tarixdə Koreya xalq ordusunun yaradılmasının ildönümü qeyd ediləcək. Aprelin 25-də Pxenyanın altıncı nüvə sınağını keçirməsi gözlənilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR