Bakıda strit fud üzrə ilk irimiqyaslı festival

Bakıda strit fud üzrə ilk irimiqyaslı festival
13:27 20 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda strit fud üzrə ilk irimiqyaslı festival keçiriləcək.

Baku Street Food Festival tədbiri may ayının 19-da start götürəcək və 3 gün ərzində davam edəcək. Bakının mərkəzində - İçəri Şəhərdə keçiriləcək bu festival açıq hava formatında baş tutacaq. Layihənin əsas məqsədi - Azərbaycan mətbəxini təbliğ etməkdir. Tədbirin təşkilatçıları kimi "İçərişəhər" DTMQ idarəsi, kulinariya sahəsində ilk onlayn portal Meal For Real və "404 Found" kreativ agentliyi çıxış edirlər.

Strit fud formatında hazırlanan unikal reseptləri ilə 20-dən çox yerli kafe ve restoranlar festivalda iştirak edir. Həmçinin, gənclər arasında Azərbaycan yeməklərinin aktuallığı getdikcə azaldığı üçün, hazırlanan yeməklər "on the go" formatında təqdim olunacaq. Bundan əlavə, festivalın qonaqları müxtəlif müsabiqə və viktorinalarda iştirak etməyi imkanı da qazanacaqlar. 

Qeyd edək ki, tədbirə giriş pulsuzdur. 
Bütün yeniliklər barədə tədbirin rəsmi səhifəsində https://www.facebook.com/BakuStreetFoodFestival/ tanış olmaq olar. 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR