Ərdoğandan Obamaya SƏRT SÖZLƏR: “O bizi...” - VİDEO

Ərdoğandan Obamaya SƏRT SÖZLƏR: “O bizi...” - VİDEO
13:33 20 Aprel 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın keçmiş prezidenti Barak Obama təəssüf ki, PYD və YPG mövzusunda bizi aldatdı”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Cəzirə” kanalına müsahibəsində deyib.

“Daha əvvəllər PKK ilə əlaqədar razılaşmamız var idi. Obama dövründə də bu mövzuda razılaşma var idi, lakin təəssüf ki, o, PYD və YPG mövzusunda bizi aldatdı. İndiki administrasiyanın eyni cür hərəkət edəcəyini ehtimal etmirəm”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti Konstitusiyaya dəyişikliklər üzrə referendumu izləyən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələrinə sərt reaksiya verib. Ərdoğan əlindəki tutduğu fotoşəkilləri göstərərək şəkillərdəki insanların ATƏT-in referendumu izləmək üçün vəzifələndirdiyi terror təşkilatının nümayəndələri olduğunu deyib: “PKK bayrağını əlində tutan adam necə müstəqil ola bilər? Bu adam bir terrorçu olaraq burada reportyor vəzifəsini icra edir. Bunun hazırladığı hesabata müstəqil hesabat kimi baxmaq mümkündürmü”.


Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR