Lukaşenko: “Qərbdə heç kəsə lazım deyilik”

Lukaşenko: “Qərbdə heç kəsə lazım deyilik”
14:03 20 Aprel 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

“Minsk Qərbin xeyrinə öz xarici siyasətinin istiqamətini dəyişdirməyib”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Valeri Şantsevlə görüşdə deyib.

“Biz öz yerimizi əla başa düşürük: biz Qərbdə heç kəsə lazım deyilik”, - Lukaşenko bildirib.

Dövlət başçısı əlavə edib ki, Belarus Avropanın mərkəzindədir və çoxvektorlu siyasəti həyata keçirməyə məcburdur. Lukaşenko vurğulayıb ki, Belarus nə Rusiya, nə Qərb, nə də Ukrayna ilə dalaşa bilməz.

“Yaxşı olardı ki, bizdə Ukraynada olan vəziyyət olsun? Bu gün Belarusda rusiyalılar üçün heç bir problem yoxdur”, - o deyib.

Lukaşenko xatırladıb ki, belaruslularının böyük əksəriyyəti öz həyatında rus dilindən istifadə edirlər: “Biz ondan heç vaxt imtina etməyəcəyik”.

Qeyd edək ki, ötən ilin fevralında Avropa İttifaqı 2006-cı ildə Belarus məmurlarına, həmçinin Lukaşenko barəsində qəbul etdiyi sanksiyaları ləğv edib. Son vaxtlar isə Moskva və Belarus arasında müxtəlif məsələlərlə bağlı narazılıqlar özünü açıq şəkildə göstərir. Ekspertlər isə hesab edir ki, Minskin davranışları xarici siyasətin Moskvadan Qərbə doğru dəyişdiyini göstərir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR