Nişanlısına söz atdı: özünü isə bıçaqladı - FOTO

Nişanlısına söz atdı: özünü isə bıçaqladı - FOTO
14:12 20 Aprel 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərində bıçaqlanma olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə "Xan evi"nin qarşısında baş verib. 
Belə ki, Lənkəran rayonunun Nərimanabad-1 qəsəbə sakini, 26 yaşlı Şahin İlham oğlu Əliyev bir neçə bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

İlkin məlumata görə, münaqişə Ş.Əliyevin yanında olan nişanlısına qarşı tərəfin söz atması olub. Nəticədə iki tərəf arasında mübahisə yaranıb. Ş.Əliyevi bıçaqlayan şəxsin Şağlakücə kənd sakini Əlizadə Cavid Rəssam oğlu olduğu müəyyənləşib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür. 

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR