85 yaşlı aktyor 26 yaşlı qızla evləndi - Facebook sevgisi - FOTO

85 yaşlı aktyor 26 yaşlı qızla evləndi - Facebook sevgisi - FOTO
14:17 20 Aprel 2017
200 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyanın ən məşhur komik aktyorlarından biri, 85 yaşlı Cimmi Patton özündən 59 yaş kiçik qızla evlənib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, aktyorun xanımı Emi Fillipsin 26 yaşı var.

Pattonun dediyinə görə, Emi ilə Facebook-da tanış olub və 18 aylıq yazışmalardan, görüşlərdən sonra evlənmək qərarına gəlib.

"Təzə bəy"lə gəlin İngiltərənin Yorkşir qraflığındakı Maltbi şəhərində yaşayırlar.

Pattonun dediyinə görə, "bal ayı"nı Kanar adalarındakı Qran-Kanariya şəhərində keçirəcəklər.

"ChuckleVision" şousundakı rolu ilə məşhurlaşan aktyor Cimmi Pattonun əvvəlki xanımı Valeri 5 il əvvəl vəfat edib.

Eminin 65 yaşlı anası Meri deyib: "Qızımın özündən 59 yaş böyük şəxsə ərə getməsi bizi narahat etmir. Bu sevgidir, yaşın önəmi yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR