Tanınmış müğənni Bakıda: "Emin Ağalarovla sürpriz edəcəyik" - FOTOLENT

Tanınmış müğənni Bakıda: "Emin Ağalarovla sürpriz edəcəyik" - FOTOLENT
14:19 20 Aprel 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın tanınmış müğənnisi Vera Brejneva Azərbaycana gəlib. Lent.az-ın məlumatına görə, paytaxtımızda qonaq olan ifaçı bildirib ki, bu gün Heydər Əliyev Sarayında maraqlı konsert proqramı ilə çıxış edəcək: “Azərbaycanda olduğum üçün çox şadam. Axşam sizləri çox maraqlı konsert gözləyir. Orada maraqlı musiqilər olacaq. Kimə maraqlıdırsa, gəlsin baxsın”.

 

V. Brejneva daha sonra bildirib ki, “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün yenidən Bakıya gələcək: “Tanınmış müğənni Emin Ağalarovun dəvəti ilə bu yay “Jara” festivalına qatılacam. Maraqlı sürprizlər hazırlamışıq”.

 

Xatırladaq ki, V.Brejnevanın Heydər Əliyev Sarayındakı bu günkü konsertinə biletin qiyməti 38-40 AZN arasında dəyişir.

 

Ölkəmizdə ikinci dəfə reallaşacaq “Jara” Beynəlxalq festivalı isə iyulun 27-dən 30-na kimi baş tutacaq. 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR