Qardaşının arvadı ilə dostunun sevişdiyini öyrəndi: meşədə görüşə çağırdı - FOTO

Qardaşının arvadı ilə dostunun sevişdiyini öyrəndi: meşədə görüşə çağırdı - FOTO
14:22 20 Aprel 2017
147 Dünya
Ölkə mətbuatı
A- A+

Ədirnənin Keşan Mahalında O.B. həbsxanada olan böyük qardaşının həyat yoldaşıyla sevişdiyini iddia etdiyi 30 yaşlı dostu Əli Dəmiri ov tüfəngiylə başından vuraraq öldürüb.

Hadisə Yeniməscid Məhəlləsi Qaranlıq Dere deyilən ərazidəki meşəlik sahədə baş verib. İddiaya görə, qardaşının yoldaşıyla görüşən dostu Əli Dəmiri danışmaq üçün meşəyə çağırıb. Ali Demir 17 SL 714 nömrəli avtomobiliylə meşəyə gedərək O.B-nı gözləməyə başlayıb. Bu an görüş yerinə gələn O.B., özüylə gətirdiyi qanunsuz gəzdirdiyi ov tüfəngiylə avtomobildə gözləyən Dəmirin başına 5 atəş açıb. Qətli törətdikdən sonra tüfənglə birgə rayon polis şöbəsinə gedib və cinayət əməlini etiraf edərək könüllü təslim olub.

Şübhəli O.B.-nın bizneslə məşğul olan Ali Demir ilə əvvəllər birgə çalışdıqları deyilir.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR