"Ləzginka" oynayaraq arıqlaya bilərsiniz

Rəqs etmək yalnız zövqlü və əyləncəli bir məşğuliyyət deyil, eyni zamanda arıqlamağı təmin edən möcüzəli məşq formasıdır.

Metbuat.az xəbər verir ki, rəqs etmək bütün bədəni işlədən bir hərəkətlilik halı olduğundan zəifləməyə kömək edir. Edilən rəqsin formasından asılı olaraq maddələr mübadiləsi sürətlənərək, kilo nisbətini dəyişdirə bilir.

Rəqsin daha bir üstünlüyü də bədənin üst və alt qismlərini eyni anda işlətməsidir. Ondan yalnız kilo atmaq üçün deyil, eyni zamanda bədənə forma vermək məqsədilə də istifadə etmək olar. Məşq məqsədilə gün ərzində yarım saat olmaqla 200-300 kalori yandırmaq mümkündür.

"Sevgi rəqsi" adlanan tanqodakı hərəkətlər yavaş görünsə də, əslində, tanqo rəqs edənlər çox kalori itirir.

Göbək rəqsi qarın əzələlərini bir çox idman növündən daha yaxşı hərəkət etdirir.

Sürətli və alovlu salsa hərəkətləri qadınların ehtiyac duyduğu rəqsdir. Belə ki, bu rəqs kalori yandırmağa kömək edir.

Bir çox fitnes mütəxəssisi arıqlamaq üçün hip hop rəqsini tövsiyyə edir. Çünki çox dinamik rəqs sayılır.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən dietoloq Leyla Zülfüqarova çəki itirməyə yardım edən digər rəqs növündən danışdı.

“Müşahidələr nəticəsində məlum olub ki, hər rəqs artıq çəki atmağa yardım etmir. "Ləzginka" rəqsində orqanizmin bütün əzələ sistemi çalışır. Beləliklə, kalori yandırmaq effekti yaradır. Bu rəqs zamanı 1 saat ərzində 250-270 kkalori yandırmaq mümkündür. Lakin bu o demək deyil ki, yalnız rəqslə kifayətlənmək lazımdır. Düzgün qidalanmaya xüsusi diqqət yetirilməlidir. Bir insanın normal çəkidə qalmasının 70-80 %-i düzgün qidalanmadan asılıdır. Məsələn, yerli rəqqasələrdən Oksana gözəl bədən qruluşuna malikdir. Həmin xanım qidalanmasına da ciddi şəkildə fikir verir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR