Novruz Məmmədov amerikalı siyasətçidən üzr tələb etdi

Novruz Məmmədov amerikalı siyasətçidən üzr tələb etdi
14:23 20 Aprel 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özü haqqında yalan məlumatlar yayan amerikalı siyasətçidən üzr istəməsini tələb edib.

Publika.az bildirir ki, N.Məmmədov bu barədə “Twitter” səhifəsində yazıb.

O, “Trampa qarşı demokratik koalisiya”nın direktorlarından biri Skott Dvorkinə müraciət edib:

“Mən bir müddət gözlədim və fikirləşdim ki, vicdanınız sizə yalan və böhtan yaydığınızı və ən azından üzr istəmək lazım olduğunu deyəcək. Amma görürəm ki, yalan yaymaq sizin gündəlik işinizdir. Sizin yaydığınız məlumat haqqında təklifim budur. Əgər siz mənim ABŞ-da iki kondominiuma sahib olduğumu sübut edə bilsəniz, mən onlardan birini sizə hədiyyə edəcəyəm. Əks təqdirdə, əgər sizin şərəf və ləyaqətiniz varsa, üzr istəməlisiniz”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/195802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR