Prezidentdən təklif: saqqal qadağan edilsin - QAZAXISTANDA

Prezidentdən təklif: saqqal qadağan edilsin - QAZAXISTANDA
14:32 20 Aprel 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan prezidenti Nursultan Nazarbayev gənc oğlanların saqqal saxlamasını qadağan edən qanun layihəsi təklif edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Nazarbayev ölkənin dini lideri ilə görüş zamanı məsələni müzakirə edib. O, gənc oğlanların saqqal saxlaması ilə yanaşı, qısa şalvarlarına və gənc qızların bütünlüklə qaraya bürünməsinə də qarşı çıxıb. 
 
N.Nazarbayev bildirib ki, saqqal və qısa şalvar Qazaxıstan adətlərində yoxdur: "Gənclərimiz saqqal buraxır və şalvarlarının ayaqlarını kəsirlər. Bu da savadsızlığın nəticəsidir. Özünü bütünlüklə qaraya bürüyən qızlarımızın sayı artır. Bu, bizim adətlərimizə ziddir. Qazaxıstan xalqı ancaq yaslarda qara geyinir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR