Sankt-Peterburqda terror aktının sifarişçisi müəyyən edildi - FTX açıqladı

Sankt-Peterburqda terror aktının sifarişçisi müəyyən edildi - FTX açıqladı
14:33 20 Aprel 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya xüsusi xidmət orqanları Sankt-Peterburq metrosunda terror aktının sifarişçisinin şəxsiyyətini müəyyən ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunun “Sennaya Ploşad” və “Texnoloji institut-2” stansiyaları arasında partlayış törədilib. Nəticədə terrorçu da daxil olmaqla, 15 nəfər ölüb, təxminən 50 nəfər yaralanıb.

Bundan başqa, “Ploşad Vosstaniya” stansiyasında bomba tapılıb . Onu zərərsizləşdirmək mümkün olub.

İlkin məlumatlara görə, 22 yaşlı Qırğızıstan sakini Akbarjon Cəlilov terror aktının icraçısıdır. O, aprelin 17-də Moskva ətrafında yerləşən Odintsov rayonunda Sankt-Peterburq metrosunda saxlanılıb.

Müstəntiqlər hesab edirlər ki, o əvvəlcə " Ploşad Vosstaniya” stansiyasında bomba qoyub, daha sonra isə “Sennaya Ploşad” və “Texnoloji institut-2” stansiyaları arasında hərəkət edən qatarın vaqonunda özünü partladıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR