İnyesta "Barselona"dan ayrılır?

İnyesta "Barselona"dan ayrılır?
14:52 20 Aprel 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın kapitanı Andres İnyesta klubun yeni müqavilə təklifini qəbul etməyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bunun üçün rəhbərliyin qarşısına şərtlər qoyub.

Belə ki, təcrübəli yarımmüdafiəçi ilk növbədə klubun gələcək planları ilə tanış olmaq istəyir. Həmçinin İnyesta daha çox meydanda olmaq arzusundadı. O, cari mövsüm az matçda iştirak etdiyini düşünür. Nəhayət, "Barsa" rəhbərliyinin maaş təklifi 33 yaşlı pleymeykeri qane etmir.
 
Qeyd edək ki, Andres İnyestanın "Barselona" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR