Saakaşvili prezidenti tənqid etməsi davaya SƏBƏB OLDU - VİDEO

Saakaşvili prezidenti tənqid etməsi davaya SƏBƏB OLDU - VİDEO
14:53 20 Aprel 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Mixail Saakaşvili ilə ukraynalı deputat Oleq Barna arasında qarşıdurma yaranıb.

Axar.az xəbər verir ki, tərəflər arasında qarşıdurma ZİK televiziyasında Saakaşvilinin aparıcısı olduğu verlişdə yaşanıb. Verlişdə çıxış edən Saakaşvili Prezident Pyotr Poroşenkonu tənqid etdikdən sonra Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Pavel Demçini ölkənin düşməni adlandırıb. Bundan dərhal sonra Barna eks-prezidenti Moskva ilə əlaqədə günahlandırıb:

“Belə çıxır ki, burada Prezident Poroşenkoya qarşı Putinlə birləşirlər. Bu sizə də elə gəlmir ki?!”

Saakaşvili bu sözdən sonra öz sakitliyini qoruya bilməyərək, Barnanın üzərinə qışqırıb:

“Mən Putinlə birləşmək barədə sözləri qəbul etməyəcəyəm. Mənim Rusiyada fabriklərim yoxdur. Bir daha belə söz deməyə cəhd etməyin. Putin mənim düşmənimdir və o məni öldürmək istəyir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR