Azər Əliyev Velotreki gəzdi - FOTOLAR

Azər Əliyev Velotreki gəzdi - FOTOLAR
15:03 20 Aprel 2017
210 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev bu gün Respublika Velotrekinə gələrək burada idmançılar üçün yaradılan şəraitlə tanış olub.

Publika.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev qonağa Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verilib.

Gördüklərindən məmnun qaldığını deyən Azər Əliyev yaxın vaxtlarda federasiyanın balansında olan Veloparka da gələcəyini və oradakı şəraitlə yaxından tanış olmaq niyyətində olduğunu deyib.

Qeyd edək ki, A.Əliyev 2016-cı ildən Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir.
Azər Əliyev həm də peşəkar idmançıdır. O, idman sahəsində böyük uğurlar əldə edib.

2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.

23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.

2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/195806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR