Son dəqiqə: Bələdiyyə başçısına silahlı hücum - Yaralılar var

Son dəqiqə: Bələdiyyə başçısına silahlı hücum  - Yaralılar var
15:05 20 Aprel 2017
146 Dünya
Ölkə mətbuatı
A- A+

Anadolunun Niğde ərazisindəki Altunhisar mahalının AK Partiyadan olan bələdiyyə başçısı Erdal Sarı silahlı hücuma məruz qalıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bələdiyyə sədri sağ qolundan yaralanıb. Hücum zamanı 13 yaşlı məktəbli də başından ağır yaralanıb.

Bayram Ö. adlı şəxsin Erdal Sarıya 4 atəş açdığı deyilir. 

Hadisədən sonra Bələdiyyə sədri və şagird dərhal xəstəxanaya çatdırılıblar. 

Səlahiyyətlilər Bayram Ö.-nün tutulması üçün araşdırmaya başlandığını bildiriblər.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR