Putinin Donbasla bağlı planı AÇIQLANDI

Putinin Donbasla bağlı planı AÇIQLANDI
16:08 20 Aprel 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Luqansk və Donetsk vilayətlərinin işğal edilmiş əraziləri üzərində nəzarəti gücləndirir və Donbası Ukraynadan tamamilə ayırmaq istəyir.

Publika.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi bildirib.

Agentliyin məlumatına görə, Putin öz planlarını işğal edilmiş ərazilərin tədricən Rusiyaya inteqrasiyası yolu ilə həyata keçirmək istəyir. Qeyd edilir ki, Putin ABŞ-ın Ukrayna üzrə mövqeyinin qeyri-müəyyənliyindən istifadə edir.

“Moskva öz niyyətlərinin reallaşdırılmasına Ukrayna fəalları tərəfindən Donbasın iqtisadi blokadasının köməyi ilə tədricən başladı. Kreml Donetsk və Luqansk separatçı qurumlarla əsas iqtisadi əlaqələr yaratdı”, - agentlik yazıb.

Öz növbəsində Kreml bu informasiyanı “kifayət qədər sadəlövh və primitiv” adlandırıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR