Bakı metrosunda yıxılan gənclə bağlı YENİ XƏBƏR

Bakı metrosunun "Nizami" stansiyasında relslərin üzərinə yıxılaraq ağır xəsarət alan şəxsin vəziyyəti yaxşılığa doğru gedir.

Bu barədə Metbuat.az-a açıqlamasında 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimatoloqu Şöhrət Verdiyev məlumat verib. O bildirib ki, xəstə daxili kəllə-beyin travması, baş-beynin əzilməsi diaqnozu ilə dünən gecə saatlarında xəstəxanaya daxil olub. Xəstəxanaya gətirilən zaman huşsuz olub. Hazırda vəziyyətində yaxşılaşma qeydə alınır. Kontakta girə bilir.

Qeyd edək ki, xəsarət alan şəxs 1985-ci il təvəllüdlü İmanov Fərid İdris oğludur.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR