Üzeyir Mehdizadənin həbs xəbəri yayıldı

Azərbaycan və Rusiyada tanınan müğənni Üzeyir Mehdizadə Bakıya gəlib.

İşləri ilə bağlı olaraq Rusiyada olan müğənni haqda elə ölkəyə gələn kimi şaiyələr yayılıb. Onun Bakıda həbs olunması, hətta havalimanında saxlanıldığı xəbərləri yayılıb. Məsələ ilə bağlı Üzeyir Mehdizadənin meneceri danışıb:

“Üzeyir mənimlə gedib-gəlib. Biz hətta 16:30 da düşməliydik, 17:05 də düşdük. Anlamıram ki, belə xəbərləri kim yayır?! Ancaq onu deyim ki, bütün bunların hamısı təsdiq edən kamera görüntüləri var. Hava limanına necə gəldiyimiz, necə çıxdığımız hamısı görüntülənib. Üzeyirin Bakıya gəlməsinə gəldikdə isə, o, ölkəsi üçün darıxdığına görə Bakıya gəlib”.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR