"Fransa prezidentliyinə namizədlər erməni seçiciləri cəlb etmək istəyirlər"

"Fransa prezidentliyinə namizədlər erməni seçiciləri cəlb etmək istəyirlər"
16:32 20 Aprel 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ məsələsi ilə spekulyasiya edən fransalı siyasətçilər erməni əsilli Fransa seçicilərini cəlb etmək istəyirlər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Fransa Senatının Xarici əlaqələr komitəsinin sədr müavini Natali Qule deyib.

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çıxış edən Fransa prezidentliyinə namizədlər Fransua Fiyon və Marin Le Penin qalmaqallı müsahibələrini şərh edən N.Qule bildirib: "Mənim sizə məsləhətim: Fransada təşviqat aparan siyasətçilərə etibar etməyin".

Onun sözlərinə görə, əhalinin məşğulluq, iqtisadiyyat, təhlükəsizlik kimi böyük problemləri olduğu Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında az adam məlumatlıdır:

"Buna görə də bəzi prezidentliyə namizədlərin bəyanatlarını ciddi qəbul etmək lazım deyil. Fransanın növbəti prezidentini gözləyin və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Fransadakı dostlarınıza etibar edin. Bir sözlə, təmkinli olun və seçkilərin nəticələrini gözləyin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/537100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR