Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma: Ölən və yaralılar var

Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma: Ölən və yaralılar var
16:42 20 Aprel 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.
 
Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.
 
Hadisə doğum günü münasibətilə "Vstreça" kafesində təşkil olunan məclisdə baş verib.
 
Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/537107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR