Azərbaycanda vətəndaşların BORCU SİLİNDİ

2017-ci ilin 1 yanvar tarixinə 39 min 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 mlrd. 409 mln. 370,7 min manat, aprelin 1-ə isə 41 min 352 vergi ödəyicisinin 1 mlrd. 16 mln. 626 min manat məbləğində vergi borcu olub.

Metbuat.az xəbər verir ki, Vergilər Nazirliyindən verilən məlumata görə, cari ilin I rübü ərzində 35 min 542 sayda vergi ödəyicisinin 251 mln. 86,4 min manat məbləğində borcu yaranıb, 34 070 sayda vergi ödəyicisinin 643 mln. 831,1 min manat məbləğində borcu ləğv edilib.

“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanuna uyğun olaraq, 69 329 vergi ödəyicisinin 728 mln. 83,1 min manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib.

Bundan əlavə, qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən ilin yanvar-mart ayları ərzində edilmiş 8 mln. 13,1 min manat ödəniş müqabilində 4 428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 mln. 760,9 min manatı silinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR