Tramp ailəsinin mühafizəsinə nə qədər pul xərclənir? - FANTASTİK MƏBLƏĞ

Tramp ailəsinin mühafizəsinə nə qədər pul xərclənir? - FANTASTİK MƏBLƏĞ
16:59 20 Aprel 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

"Donald Trampın həyat yoldaşı və oğlunun təhlükəsizliyinin təminatına xeyli məbləğdə vəsait sərf olunur".
 
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Nyu-York meri Bill de Blazio açıqlayıb.
 
O deyib ki, seçki dövründən andiçmə mərasiminədək olan müddət ərzində onların mühafizəsi şəhər büdcəsinə sutkada 500 min dollara başa gəlirdi. Həmin məbləğə polis əməkdaşları, habelə mühafizə xidmətinin xərclərinin ödənilməsi də daxildir.
 
Şəhər meri hazırda xərclərin nisbətən azaldığını desə də, istənilən halda bu məbləğin büdcə üçün əlavə vəsait itkisi olduğuna diqqəti yönəldib. B. de Blazio həmin xərcləri kompensasiya etmək məqsədilə vəsait ayrılması üçün konqresə müraciət etdiklərini də bildirib.
 
Qeyd edək ki, fevralın sonunda Nyu-Yorkun Polis Departamenti təkcə prezident Donald Trampa məxsus göydələnin mühafizəsi üçün büdcədən 25,7 milyon dollar xərcləndiyini açıqlayıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR