Şamaxıda torpaq sürüşdü: 2 ailə evini tərk etdi

Şamaxıda torpaq sürüşdü: 2 ailə evini tərk etdi
17:12 20 Aprel 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahə sürüşməyə məruz qalıb, 7 ev təhlükə altına düşüb. Son bir həftədə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Sözü gedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən-günə genişlənir.

Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsi baş verən sürüşməyə tab gətirmiyərək uçur.

Evlərdəki çatlar isə artmaqdadır. Hazırda iki evin sakinləri təhlükə səbəbindən evini tərk edib. 
Hadisə ilə bağlı Şamaxı Rayon Fövqəladə Hallar Homissiyası əraziyə baxış keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR