Şəhər və rayon mərkəzi xəstəxanaları əlillik dərəcəsi verəcək

Şəhər və rayon mərkəzi xəstəxanaları əlillik dərəcəsi verəcək
17:19 20 Aprel 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş Kollegiya iclası keçirilib.

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, iclasda bildirilib ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlili ilə bağlı əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində Nazirlik tərəfindən ciddi addımlar atılıb. 

 

Belə ki, əhalinin bu işdə rahatlığının təmin edilməsi, həmçinin Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikalarından əlavə Respublikanın şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

 

Nazirlər Kabinetinin 1993-cü ildə 9 nömrəli Qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın hazırda yeni variantının hazırlanması məqsədilə işçi qrup yaradılıb.

 

İclasın sonunda əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR