Şəkidə mikroavtubus aşdı - 17 YARALI

Şəkidə mikroavtubus aşdı - 17 YARALI
17:34 20 Aprel 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

 

Şəklidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

 

APA-nən Şəki-Zaqaatal bürosunun xəbərinə görə, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

 

Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin itməsi nəticəsində aşıb. Nəticədə iksi uşaq olmaqla, 17 nəfərin xəsarət aldığı bildirilir.

 

İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.

 

Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR