Şəkidə mikroavtobus aşdı:

Şəkidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

Hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin itməsi nəticəsində aşıb. Nəticədə ikisi uşaq olmaqla, 17 nəfərin xəsarət aldığı bildirilir.

İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR