Dünyanın ən güclü liderləri açıqlandı – SİYAHI

Dünyanın ən güclü liderləri açıqlandı – SİYAHI
18:08 20 Aprel 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

“Time” jurnalı dünyanın 100 ən nüfuzlu adamının adını açıqlayıb.

Publika.az xəbər verir ki, jurnal siyahını bir neçə kateqoriya üzrə bölüb.

Bunlar “Titanlar”, “Novatorlar”, “İncəsənət xadimləri”, “Liderlər” və “Pərəstişgahlar”dır.

“Liderlər” kateqoriyasına ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Koreya lideri Kim Çen In, Filippin prezidenti Rodriqo Duterte, Kolumbiya prezidenti Xuan Manuel Santos, “Wikileaks” portalının banisi Culian Assanj, Çin Xalq Respublikasının sədri Si Szinpin, Roma Papası I Fransisk, Böyük Britaniyanın baş naziri Tereza Mey, Hindistanın baş naziri Narendra Modi, İran generalı Kasım Suleymani, Ağ Evin aparat rəhbəri Rayns Pribus, ABŞ prezidentinin strateji məsələlər üzrə məsləhətçisi Stiven Bennon, Amerika Senatında demokratların lideri Çak Şumer, Pentaqonun başçısı Ceyms Mettis, Massaçusets ştatından demokrat senator Elizabet Uorren, FTB-nin direktoru Ceyms Komi və başqa siyasətlər daxil edilib.

Xüsusi olaraq hər bir siyasətçi haqqında jurnal üçün qısa hekayələr yazılıb. Məsələn, Putin haqqında mətnin müəllifi SSRİ-in sabiq prezidenti Mixail Qorbaçovdur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR