​Bakıda kitab festivalı keçiriləcək

23 aprel Beynəlxalq Kitab Günü münasibətilə 451 Hərəkatı Bakıda “451 – BOOK FESTİVAL” adlı kitab festivalı keçirir.

Metbuat.az bildirir ki, festival 23 aprel saat 15.00-da ADO-nun binasında keçiriləcək.

Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq. Dəvət olunan tanınmış yazıçılar isə oxucuların suallarını cavablayıb, kitablarını imzalayacaqlar.

Bundan əlavə olaraq, Azərbaycanda kitaba qarşı olan münasibəti installyasiya şəklində sərgidə görmək imkanınız olacaq.

Festival kiçik konsertlə başa çatacaq.

Festivalda iştirak edəcək yazıçılar:

Kamal Aken
Kənan Hacı
Orxan Bahadırsoy
Elxan Elatlı
Mirmehdi Ağaoğlu
Ayxan Ayvaz
Qismət Rüstəmov
Tural Şahtaxtinski
İsmayıl Rizvanoğlu
Ulucay Akif
Şəhriyar del Gerani
Cəlil Cavanşir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR