"Küçədə yaxınlaşıb deyirlər ki, sənə nifrət edirik" - Aygün

"Küçədə yaxınlaşıb deyirlər ki, sənə nifrət edirik" - Aygün
18:22 20 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Aktrisa Aygün Rəhimova "Sən olmasaydın" serialındakı obrazından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "ATV kulis"ə açıqlamasında deyib ki, nədənsə rejissorlar onu ancaq ifritə obrazlarına çəkirlər:

"Bundan əvvəl "Toy gecəsi" serialında da rol almışam. Orada da mənfi rolda idim. Hərdən yolda mənə yaxınlaşırlar ki, sizi çox istəyirik, amma nifrət edirik. Mənfi obrazı canlandırmaq asan deyil. Aktrisa olmurlar, doğulurlar. Həyatımda çox şey olub, ona görə aktrisalığı bacarıram. Ən çox da həyatımda pis şeylər baş verir. Yıxılıram, yenidən qalxıram".

A.Rəhimova tez-tez sənətdən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Depressiyaya düşmürəm, çox pozitiv insanam. Amma bir şeydən tez bezirəm. Bezəndə hamıdan, hər şeydən uzaqlaşıram. Yenilikləri sevirəm, tez-tez məkan dəyişməyi xoşlayıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/537135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR