"Qalatasaray" dünya ulduzuna təklif göndərdi - Rəsmi açıqlama

"Qalatasaray" dünya ulduzuna təklif göndərdi   - Rəsmi açıqlama
18:37 20 Aprel 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" Mario Balotellini heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, İstanbul klubu artıq italiyalı ulduzun meneceri Mino Rayola ilə görüşüb.


Bu barədə menecer özü açıqlama verib. O, bildirib ki, artıq "Qalatasaray" rəsmiləri ilə görüşərək müzakirələr aparıblar. Mino Rayolanın sözlərinə görə, yekun qərarlarını mövsümün sonunda verəcəklər.


Balotelli ilə "Qalatasaray"la yanaşı, Çin klubları da maraqlanır. Eyni zamanda "Nitsa" da onu heyətində saxlamaq istəyir. Amma futbolçunun Fransada qalmaq istəmədiyi bildirilir.


"Qalatasaray"ın prezdenti Dursun Özbəka uğursuz keçən mövsümdən sonra azarkeşlərlə aranı düzəltmək üçün bir dünya səviyyəli ulduz transfer etmək istəyir. Bu səbəbdən o, klub rəsmilərindən Cenk Ergünə Avropaya gedərək Balotellinin meneceri ilə danışıqlar aparmağı tapşırıb.


Qeyd edək ki, Balotelli karyerası ərzində İtaliyanın "Lumezzane", "İnter", "Milan", İngiltərənin "Mançester Siti", "Liverpul" və Fransanın "Nitsa" klublarında çıxış edib. Davakarlığı ilə məşhur olan futbolçu "İnter"dən "Mançester Siti"yə 29, ordan "Milan"a, İtaliya klubundan isə "Liverpul"a 20 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 9 milyon avro qiymət qoyub.


İtaliyada dünyaya gələn Qana əsilli ulduz 2010-2014-cü illərdə doğulduğu ölkənin yığmasına çağrılıb (33 oyun, 13 qol). 26 yaşlı hücumçu cari mövsümdə "Nitsa"nın heyətində 24 rəsmi oyuna çıxaraq 15 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-dunya-ulduzuna-tklif-gondrdi-t57760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR