3 milyon dollar borca görə ortağını güllələdi

3 milyon dollar borca görə ortağını güllələdi
19:23 20 Aprel 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında erməni iş adamı öldürülüb.

Publika.az xəbər verir ki, Moskvanın cənubundakı ticarət mərkəzinin sahibi Aleksandr Baqiryan aprelin 19-da mühafizəçilərinin və şahidlərin qarşısında keçmiş şəriki tərəfindən güllələnib. İş adamına "Makarov" tipli tapançadan 5 dəfə atəş açılıb. Qarın nahiyəsindən ağır yaralanan A. Baqiryan xəstəxanada ölüb. Onun mühafizəçisi atəş açan şəxsi saxlayıb və hüquq-mühafizə orqanlarına təhvil verib.

Qeyd edək ki, sabiq ortaqların Moskva vilayətində alkoqollu içkilər üçün şüşə qablar istehsal edən müəssisəsi olub. İş adamları sonradan yollarını ayırsalar da, A. Baqiryanın şərikinə 3 milyon dollar borcu olduğu və onu qaytarmadığı bildirilir.

Qətl və qanunsuz silah saxlama maddələri ilə bağlı cinayət işi açılıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR