UEFA Avropa Liqası:

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, "Beşiktaş" doğma "Vodafon Arena"da "Lion"u qəbul edəcək. Günün bir digər maraqla gözlənilən matçında isə "Mançester Yunayted" "Anderlext"lə qarşılaşacaq. "Genk" "Selta" ilə, "Şalke" isə "Ayaks"la münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

UEFA Avropa Liqası

1/4 final, cavab oyunları

20 aprel

23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)

Baş hakim: Milorad Maziç (Serbiya)

İlk oyun – 1:2


23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

İlk oyun – 2:3


23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

İlk oyun – 1:1


23:05. “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

İlk oyun – 0:2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR