"Metroda relsin üzərinə yıxılan şəxs narkoman olub" - Baş həkim

"Metroda relsin üzərinə yıxılan şəxs narkoman olub" - Baş həkim
20:17 20 Aprel 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 19-da axşam saatlarında metronun "Nizami" stansiyasında özünü qatar relsinin üzərinə atan Fərid İmanov narkomaniyadan əziyyət çəkir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.İmanovun yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib. Baş həkim bildirib ki, xəstə hazırda komadan ayılıb: "Xəstə komada deyil. Onun açıq kəllə-beyin travması var. Amma hazırda onu süni yolla yatızdırırlar ki, oyanıb özünə xəsarət yetirməsin. Hazırda xəstənin müalicəsi davam etdirilir".

Xatırladaq ki, aprelin 19-da axşam saat 22:44 radələrində metronun "Nizami" stansiyasında, 1985-ci il təvəllüdlü Fərid İmanov özünü qatar relslərinin üzərinə atıb. F.İmanov metro nəzarətçilərinin köməyi ilə relslərin üzərindən götürülərək təcili xəstəxanaya çatdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/537159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR