Ali məktəblərə sənəd verə bilməyən abituriyentlərə əlavə vaxt verildi

Ali məktəblərə sənəd verə bilməyən abituriyentlərə  əlavə vaxt verildi
21:05 20 Aprel 2017
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi əlavə ixtisaslar seçmək üçün abituriyentlərə yenidən imkan yaradıb. Belə ki, Dövlət İmtahan Mərkəzi elektron ərizə qəbulunda bir ixtisas seçən abituriyentlərə əlavə olaraq texnikumlara da sənəd vermək üçün elektron qeydiyyat müddətini may ayının 22 -nə qədər artırıb. Bundan əlavə abituriyentlər həmin müddət ərzində ixtisaslarında da dəyişiklik edə bilərlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etmək istəyən abituriyentlər də qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.
16 mart - 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər may ayının 22 -nə qədər qeydiyyatdan keçməlidirlər, çünki sənəd qəbulunun müddəti növbəti dəfə uzadılmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR