Azərbaycan klubunun baş məşqçisinin illik qazancı AÇIQLANDI - 1 MİLYON DOLLAR

Azərbaycan klubunun baş məşqçisinin illik qazancı AÇIQLANDI - 1 MİLYON DOLLAR
21:05 20 Aprel 2017
301 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Latviya Futbol Federasiyasının (LFF) baş katibi Yanis Majetskis açıqlama verib.

O bildirib ki, ukraynalı mütəxəssisə Latviya yığmasında baş məşqçi postunu təklif etdikləri vaxt onun əmək haqqı ilə də maraqlanıb: "Qriqorçukla əmək haqqı barədə söhbətimiz olmadı. Amma qeyri-rəsmi danışıqlardan eşitdim ki, o, ildə bir milyon dollar civarında qazanır".

Baş katibin sözlərinə görə, yığmanın yeni baş məşqçisinin əmək haqqı Qriqorçukun qazancından 10 dəfə azdır: "LFF baş məşqçiyə 1 milyon dollar ödəməyi özünə rəva görməz. Aleksandr Starkova 10 dəfə az məbləğdə maaş veririk".

Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ"də 2015-ci ilin yanvarından çalışır. Onunla hazırkı anlaşma yayda başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR