"Qəbələ" "Apollon"la heç-heçə etdi

"Qəbələ" "Apollon"la heç-heçə etdi
21:07 20 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə start verilib.


Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda öncə “Apollon” (Yunanıstan) klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə nəticələnib. “Qırmızı-qaralar”ın heyətində Samir Məhərrəmli fərqlənib.


B qrupunda mübarizə aparan “Qəbələ” II turda “Partizan”la görüşüb. Matç Serbiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.


Xatırladaq ki, komanda sabah keçiriləcək III turda “Panatinaikos”la (Yunanıstan) qarşılaşacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-quotapollonquotla-hec-hec-etdi-t57763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR