Fosfor ehtiva edən qidalar

Fosfor ehtiva edən qidalar
21:12 20 Aprel 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Fosforun​ bədəndə kafi miqdarda olmaması bədən funksiyalarına təsir edir. Xüsusilə kalsium kimi sümük sağlamlığı üçün əhəmiyyətli təsiri vardır. Əslində, kalsiumdan sonra insan bədənində ən çox olan minerallar sırasında ikincidir. Bu xüsusiyyətinə görə bədənin böyük bir hissəsini əhatə edən sümük sağlamlığına faydalı olması çox təbiidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, fosfor hüceyrələri enerji ilə təmin edən molekulların ötürülməsi üçün lazımlı olan minerallar arasındadır. Bununla​ yanaşı kalsiumla birlikdə sümük, sinir və əzələ sağlamlığını qoruyur. Hüceyrələrə olan faydasına görə anemiya xəstəliyinə tutulma riskini azaldır. Bütün buna bənzər faydalarına görə, gündəlik yeyilən qidalarla fosfor tarazlığı qorunmalıdır. İndi isə gəlin bu qidalardan bəziləri ilə tanış olaq:
Meyvə toxumları (balqabaq): 129 qramlıq bir fincan balqabaq toxumu təxminən 1233 mq fosfor ehtiva edir.
Pendir: 142 qramlıq pendirin tərkibində orta hesabla 760 mq fosfor mövcuddur.
Balıq: 154 qram balıqda orta hesabla 371 mq fosfor mövcuddur.
Fındıq: 100 qram fındıqda orta hesabla 725 mq fosfor var.
Dana əti: 100 qramı təxminən 286 mq fosfor daşıyır.
Aşağı yağlı süd: 245 qramlıq südün tərkibinə 157 mq fosfor daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR