IV İslam Həmrəyliyi Oyunları: basketbol yarışının təqvimi açıqladı

IV İslam Həmrəyliyi Oyunları: basketbol yarışının təqvimi açıqladı
21:32 20 Aprel 2017
187 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının kişilər arasında basketbol 3x3 yarışının təqvimi açıqlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mayın 18-də start götürəcək yarış dörd gün davam edəcək. "A" qrupunda yer alan Azərbaycan millisi ilk görüşdə Türkiyə millisi ilə qarşılaşacaq. Komandamız həmin gün Türkmənistan ilə də qüvvəsini sınayacaq. Mayın 19-da isə millimizin rəqibi Səudiyyə Ərəbistanı və Pakistan olacaq.

"B" qrupunda isə İndoneziya, Qətər, "Kot-d`İvuar, Mali, İordaniya yığma komandaları mübarizə aparacaqlar.

Mayın 20-də dörddəbir final qarşılaşmaları keçiriləcək. Bir gün sonra isə mükafatçılar məlum olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR